Slimfit
  1. DÜNYA

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
Sakura

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri də daxil olmaqla hərbi yardımı artırmaq barədə razılığa gəliblər.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"NATO müttəfiqləri alyans boyu hərbi imkanları dəyərləndirib və qərar gəliblər ki, Ukrayna üçün ayrıla biləcək sistemlər (havadan müdafiə üçün -red.) var. Beləliklə, mən Ukrayna üçün havadan müdafiə sistemlərinin təminatı ilə bağlı tezliklə yeni elanların olacağını gözləyirəm", - NATO Baş katibi deyib.

NATO Baş katibi Almaniyanın Ukraynaya əlavə "Patriot" batareyalarının ayrılması qərarını təqdir etdiyini deyib.

"Patriot" sistemlərindən əlavə başqa müdafiə sistemləri də vardır ki, müttəfiqlər onları Ukraynaya verə bilər. Belə müdafiə sistemlər olmayan bir çox NATO müttəfiqləri isə Ukrayna üçün havadan müdafiə sistemlərinin alınması məqsədilə maliyyə dəstəyi verəcəklərinə söz veriblər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR