Dərc edildi: Baxış sayı: 367
NATO müdafiə nazirləri Türkiyə üçün toplanır
NATO ölkələrinin müdafiə nazirlərinin Brüssel görüşündə əsas müzakirə mövzusu Suriyanın şimal-şərqindəki situasiya olacaq.
Axar.az xəbər verir ki, müdafiə nazirləri həmçinin müdafiə xərclərinin artırılması və NATO qoşunlarının hazırlığını müzakirə edəcəklər.
Qeyd edək ki, 9 oktyabrda Türkiyə Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatına start vermişdi. 17 oktyabrda ABŞ-la Türkiyə arasında razılıq əldə olundu və “Sülh çeşməsi”nə 120 saatlıq fasilə verildi.
Bunun ardınca isə Türkiyə təhlükəsizlik bölgəsi məsələsində Rusiya ilə də razılaşma imzaladı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət