Slimfit
  1. CƏMİYYƏT

Natiq Əmirov: “Azərbaycan son 20 ildə valyuta ehtiyatlarını 41 dəfə artırıb”

Natiq Əmirov: “Azərbaycan son 20 ildə valyuta ehtiyatlarını 41 dəfə artırıb”
Sakura

Natiq Əmirov: “Azərbaycan son 20 ildə valyuta ehtiyatlarını 41 dəfə artırıb”

2003-cü ildən bəri Azərbaycanın valyuta ehtiyatları 41 dəfə artaraq bu ilin aprel ayına 65,9 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Heydər Əliyevin 100 illik yubileyi ilə münasibəti ilə keçirdiyi tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.

Bundan başqa, o deyib ki, son 20 ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) dəyəri 22 dəfə artaraq ötən ilin yekununda 133,8 milyard manata, adambaşına düşən ÜDM-in dəyəri isə 17,8 dəfə artaraq 13 292 manata çatıb.

“20 il ərzində əhalinin nominal gəlirləri 13,7 dəfə artaraq 68,9 milyard manat, orta aylıq əməkhaqqı isə 13,3 dəfə artaraq 839 manat olub”, - deyə N.Əmirov qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR