Dərc edildi: Baxış sayı: 722
İlon Mask, Ceff Bezos və Riçard Branson kimi milyaderlərin ardından "NASA" da kosmosa turist göndərəcək.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, "NASA" kosmik maşınlarda turistlər üçün xüsusi oturacaq ayıracaq və bu oturacaqları pul qarşılığında satacaq.
Məlumata görə, "NASA"nın turizm üçün istifadə edəcəyi kosmik maşınlar "SpaceX" və "Boeing" tərəfindən istehsal ediləcək.
"NASA"nın bu planı hazırda təklif mərhələsindədir. Təklif dəyərləndirildikdən sonra "NASA"nın rəhbəri Cim Bridestineyə göndəriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət