NASA-nın elmi şöbəsi bu ilin sonuna qədər Aya bir sıra missiyalar planlaşdırır
“Ölkə.Az” xəbər verir ki, missiyaların siyahısı qurumun rəsmi internet səhifəsində dərc edilib.
Şöbənin direktor müavini Stiv Klark məsələ ilə bağlı deyib:
“Yerin peykinə göndəriləcək aparatlar bizim üçün nümunə şarı olacaq. Bu, bizə Aya elmi missiyanın aparılması üçün infrastrukturun inşasına kömək edəcək. Biz yerli şirkətlərdən istifadə edəcəyik. Bu məqsədlə hər il müvafiq müsabiqələr keçiriləcək”.
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra NASA-nın əsas tapşırıqlarından biri kosmosun fəthi və insanın Aya qayıdışı olub. Tramp və NASA-nın administratoru Cim Braydenstin tez-tez Ayın orbitində stansiya inşası planlarından danışır, Ayın səthində daimi infrastrukturun qurulmasından bəhs edirlər. Bu işdə ilk addım NASA və aparıcı 9 kosmik startap və iri şirkətin ötən ilin noyabr ayında imzaladığı müqavilə olub. Bu müqavilə çərçivəsində NASA yaxın illərdə Aya aparatlarını aparmaq üçün onların xidmətindən istifadə edə biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət