Slimfit
  1. CƏMİYYƏT

“Narkotikə görə tutmaq yox, islah etmək lazımdır”

“Narkotikə görə tutmaq yox, islah etmək lazımdır”
Sakura

“Narkotikə görə tutmaq yox, islah etmək lazımdır”

“Narkotik vasitələrə qarşı mübarizənin effektli aparılması üçün ictimaiyyəti bu prosesə lazımi səviyyədə cəlb edə bilmirik”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

O qeyd edib ki, bunun üçün effektli nəticələrimiz yoxdur: “Məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotik xarakterli cinayətlərlə bağlıdır. Həbs cəzası çəkən insanların xeyli hissəsi bu motivli cinayətlərə görə həbsdədir. Ona görə də məhkəməyə imkan verməliyik ki, bu adamları azadlıqdan məhrum etmək yerinə, onların müalicə alınmasına daha çox inzibati məsuliyyətə cəlb olunaraq islah olunması üçün müəyyən şərait yaradılsın”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR