Dərc edildi: Baxış sayı: 794
Namizədlərə "Facebook"la bağlı xəbərdalıq edildi
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1447 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
MSK sədrinin sözlərinə görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 42 min 257 yerli, 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: "Onlardan DSK-larda 40 min 955 nəfər akkreditasiyadan keçib. Hazırda qeydiyyat prosesi davam edir.
Məzahir Pənahov, həmçinin deputatlığa namizədlərə müraciət edərək, onları qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb: "Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət