Dərc edildi: Baxış sayı: 844
Namidan Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.
Ens.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən o, BDYPİ-nin rəis müavini təyin olunub.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət