Dərc edildi: Baxış sayı: 732
Naməlum dinozavr növünün qalığı tapıldı
Yüz milyonlarla il əvvəl Yer kürəsində dinozavrların cövlan etdiyini bilirik. Arxeoloqlar onların xeyli qalıqlarını tapır.
Bizimyol.info xəbər verir ki, Monqolustanın Qobi səhrasında belə bir qalıq aşkar edilib. Arxeoloqlar 90-100 milyon il əvvəl yaşamış naməlum dinozavr növünün nümayəndəsini tapıblar. Elm adamları yeni tapıntını “Gobihadros mongoliensis” adlandırıb.
Bu dinozavrlar hadrozavrlar ailəsinə aiddir. Sadəcə, indiyə qədər heç bir nümunəsi aşkar edilməmişdi. Onları “ördəkburunlular” da adlandırırlar. Ən qədim nümunələri 125 milyon il əvvələ aid edilir. Hadrozavrların əsasən Asiyada yaşadığı, sonra başqa qitələrə ayaq açdığı bildirilir.
“Gobihadros mongoliensis”ə Qobi səhrasında, Monqolustanda tapıldığına görə belə ad qoyulub. Təxminən 3 metr uzunluğundadır, 4 ayağı üzərində dayanırmış.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət