Son illərdə günəş kremlərinin üzərində sıx şəkildə rast gəlinən kakos yağının cildə faydalarını bilirdinizmi?
Son illərdə günəş kremlərinin üzərində sıx şəkildə rast gəlinən kakos yağının cildə faydalarını bilirdinizmi?
Yaxın əyləşin!
Publika.az sizi kakos yağının bilmədiyiniz faydaları ilə tanış edir.
Kakos ağacının yemişlərindən əldə edilən kakos yağı şokolad istehsalında geniş şəkildə istifadə edilir. Üstəlik şokoladın ağızda asanlıqla əriməsini təmin edir. Kosmetika sektorunda uzun müddətdir istifadə olunan bu yağ gözəllik mütəxəssislərinin hər zaman diqqətindədir.
Aparılan araşdırmalara görə, kakos yağı tərkibində olan antioksidant sayəsində ləkələrin azalmasına yardımçı olaraq cildi bərpa edir. Bu yağ hər növ ləkəni yox etmək qabiliyyətinə malikdir. Həmçinin, ölmüş hüceyrələrin yerinə yenilərinin yaranmasına kömək edir.
Quruluğu aradan qaldıraraq cildi uzun müddət nəm saxlayır. Xüsusilə, yay aylarında istifadə edilməsi məsləhət görülən yağ günəşin ultrabənövşəyi şüalarının zərərlərini yox edir. Palmitik, turşu və stearik kimi mineralları yaşlanmanı gecikdirir.
Möhtəşəm sulfid qaynağı olan kakos yağı cildi parlaqlaşdırır, eyni zamanda, dırnaqların güclənməsini təmin edir.
Yumuşaq saçlara sahib olmaq istəyənlərin mütləq istifadə etməsi lazım olan bu yağ həm də E vitamini ilə qarışdırılaraq istifadə oluna bilər. Saça tətbiq edildiyində bir multivitamin qaynağı olur.
Bütün cildinizi əlinizdə əriyə bilən kakos yağı ilə masaj edin və 1 gün gözlədin. Yuxudan oyandıqdan sonra ilıq su ilə yuyunun. 1 günə fərqi siz də görəcəksiniz.
Cild ləkələrinizin üzərinə 1 yemək qaşığı kakos yağı sürtün. Daha sonra dairəvi hərəkətlərlə masaj edin. Ləkələr yox olana qədər hər gün edə bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət