MWC 2019: LG özünün 5G dəstəkləyən V50 ThinQ modelini təqdim etdi
LG şirkəti MWC 2019 sərgisinin açılışından bir gün əvvəl özünün ilk 5G dəstəkləyən V50 ThinQ smartfonunu təqdim etdi.
Sızıntı ucbatından yeniliyin xüsusiyyətləri heç kim üçün sürpriz olmadı. V50 ThinQ 5G 7nm səkkiz nüvəli Qualcomm Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici əsasında hazırlanıb, Snapdragon X50 5G modemi, 6Qb əməli yaddaş və 128Qb həcmli fleş yaddaşla təchiz olunub.
Xarici görünüşcə V50 ThinQ 5G keçən ilki V40 modelindən heç də fərqlənmir. Həm də o, 19,5:9 tərəf nisbətli və Quad HD+ ölçülü 6,4 düymlük FullVision OLED ekranla təchiz olunmuşdur. Amma arxa paneldə 5G loqosu var.
Sələfi kimi, V50 ThinQ 5G də Hi-Fi sinfindən Quad Dac rəqəmsal-analog çeviricisi və güclü Boombox dinamikinə malikdir ki, bu da dərin bası təmin etməklə səsin gücünü iki dəfə artırmaq üçün rezonator kimi smartfonun daxili sahəsindən istifadə edir.
Smartfonun ön kamerası standart 8 meqapikselli və geniş bucaqlı 5 meqapikselli sensorlara əsaslanır. Əsas kamera tanış triodan istifadə edir - f/1,5 diafraqmalı 12 meqapikselli standart, f/2,4 diafraqmalı 12 meqapikselli telefoto-modul və f/1,9 maksimum diafraqmalı və geniş bucaqlı optikalı 16 meqapikselli sensor.
V50 ThinQ 5G-də batareya həcmi sələfindən 20% daha böyük olmaqla 4000 mA/s təşkil edir. Smartfonu blokdan çıxarmaq üçün həm arxa paneldəki barmaq izi skanerindən, həm də üz tanıma texnologiyalarından istifadə edilir.
Şirkət həmçinin V50 ThinQ 5G üçün aksesuar çıxardı ki, bu da 6,2 düymlü və 2160 × 1080 pikselli ikinci OLED ekranı əlavə etməyə imkan verir. Xəbər verilir ki. Iki ekranlı (Dual Screen) əlavə ABŞ üçün təklif olunmayacaq.
LG V50 ThinQ 5G smartfonunun buraxılış tarixi və qiyməti hələlik məlum deyil.
Mənbə: 3dnews.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət