Dərc edildi: Baxış sayı: 380
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2,8 faiz artıb
Yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft sektorunda 3059,0 manat, qeyri-neft sektorunda 483,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 691,2 manat olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət