Slimfit
  1. SİYASƏT

Muxtar Babayev: COP29-a hazırlıq prosesi davam edir

Muxtar Babayev: COP29-a hazırlıq prosesi davam edir
Sakura

Muxtar Babayev: COP29-a hazırlıq prosesi davam edir

COP29-a hazırlıq prosesi davam edir. Burada bütün lazım olan komandalar həm danışıqlar prosesində, həm də texniki nöqteyi-nəzərdən tədbirin keçirilməsi üçün lazımi işləri təşkil edir. Bu gün çox geniş platforma - şəffaflıq platforması yaradıldı. Şəffaflıq platformasının yaradılması Azərbaycan komandası tərəfindən irəli sürülüb.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.

“Əminəm ki, bu gün çox ciddi məsələlərin müzakirəsinə əlverişli şərait olacaq. Ölkələrə həmin şəffaflıq təşəbbüslərinin icra olunmasında, həyata keçirilməsində olan bəzi problemlərin müzakirəsinə yaxşı imkan yaranacaq. Azərbaycan böyük tədbirin ev sahibi kimi şəffaflıq sənədinin hazırlanmasında digər ölkələrə kömək göstərilməsini təşkil edir. Mayda ilk təlimlərimiz keçirilib. Növbəti təlimlər Afrika və digər ölkələrdə olacaq. Burada əsas məqsəd ölkələrə dəstəyin verilməsi və şəffaflıq sənədinin dekabrda təqdim olunmasıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR