Dərc edildi: Baxış sayı: 624
Mütəxəssislər sübut etdi: acgözlük epidemiyadır
Mütəxəssislərin araşdırmasına görə, acgözlük virus kimi keçici imiş.
Belə ki, biri sizin yanınızda yemək yeyərkən siz də qeyri-iradi yemək istəyirsiniz.
Buna görə də dostları çox olanların çəkisi də çox olur.
Mütəxəssislər hətta artıq çəkinin, piylənmənin “sosial epidemiya” ola biləcəyini də deyirlər.
Tədqiqatçılar ABŞ-da yaşayış yerlərini özləri seçməyən yüzlərlə hərbçi ailəsinin həyatını araşdırıb. Nəticələr göstərib ki, bu ailələr əhali arasında piylənmənin yüksək olduğu yerə köçürsə, onların da kökəlmə riski 6% artır.
“Acgözlük virus”u tez-tez yemək yeyən hər kəsdən yoluxula biləcək “xəstəlik”dir.
Amma bunu unutmayın ki, yaxşı bir kafedə xoş söhbət sizin sağlamlığınıza və çəkinizə təsir edəcək.
Nə yediyinizə və kiminlə yediyinizə diqqət edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət