Slimfit
  1. İDMAN

Müstəqil Dövlətlər Birliyinin ilk Oyunları keçirilə bilər

Müstəqil Dövlətlər Birliyinin ilk Oyunları keçirilə bilər
Sakura

Müstəqil Dövlətlər Birliyinin ilk Oyunları keçirilə bilər

 Müstəqil Dövlətlər Birliyinin (MDB) ilk Oyunları keçirilə bilər.

Report” TASS-a istinadən xəbər verir ki, belə bir təklifi Rusiyanın idman naziri Pavel Kolobkov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə irəli sürüb. Kolobkov I MDB Oyunlarının Rusiyanın Kazan şəhərində təşkil olunmasını təklif edib: “Biz 2020-ci ildə I MDB Oyunlarının Kazanda keçirilməsinin təşkilatçılığını üzərimizə götürməyə hazırıq. Əminəm ki, belə bir möhtəşəm idman tədbirinin birgə təşkili fərqli öləkələrdən olan insanların, mədəniyyətlərin və baxışların idmanda bir araya gəlməsini göstərmək baxımından əhəmiyyətli olacaq. Biz ilk MDB Oyunlarının təşkilatçısı kimi çıxış etməyə və bu yarışı Kazanda keçirməyə hazırıq”.

MDB 8 dekabr 1991-ci ildə təsis edilib. Təşkilatın həqiqi üzvləri Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikstan və Özbəkistandır. 

Qeyd edək ki, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçirilib. II Avropa Oyunları isə 21 - 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR