Musiqi yeməyin və içkinin dadını necə dəyişir?
BBC radionun proqramçısı və yemək üzrə mütəxəsisi olan Dan Saladino eşitmə və dadma duyğularımız arasında olduqca maraqlı əlaqə olduğunu ortaya çıxarıb. Həmin əlaqəyə dair bəzi nümunələri sizlərə təqdim edirik.
– “Musiqi ilə bir şeyin şirin və ya acılıq səviyyəsini dəyişmək olar”
Oksford Universitetinin professoru Çarls Spens incə səslərin yediyimiz qidaların bizə daha şirin dadırmış kimi hiss etdirməsinə səbəb olduğunu qeyd edir.
Bəzi restoranlarda, xüsusilədə şirniyyatlara üstünlük verən restoranlarda bu üsuldan daha çox istifadə olunur. İçəri daxil olduğunuz zaman sizi xoş musiqi qarşılayır.
– “Daha aşağı səsli musiqilər sağlıqlı qidalar seçməmizə səbəb olur”
Mütəxəssilərin araşdırmasına əsasən 55 desibeldən aşağı musiqilər yemək seçimində daha diqqətli olmağımıza, nəticə olaraq daha sağlıqlı qidalara üstünlük verməyimizə səbəb olur.
Səsin 70 desibeldən yuxarı olması müştərini daha şirin və yağlı yeməklər seçməyə təşviq edir.
Mütəxəssislərin söylədiklərinə əsasən, yüksək səsli musiqi insanda stresi artdırır və insan stresli olarkən sağlıqlı yeməklərdənsən, şirin, duzlu və yağlıyeməklərə üstünlük verir.
– “Musiqi şərabın dadına da təsir edir”
Oksford Universitetinin professoru Çarlz Spens musiqinin istifadə etdiyimiz hər şeyin dadını dəyişdirə biləcəyini söyləyir. Spens “musiqi var olmayan bir dadı yaratmaz, amma insanların diqqətini aldıqları məhsulun dadındakı hər hansısa bir şey çəkə bilər”-deyə qeyd edir. Spens həmçinin düzgün seçilən musiqinin şərabın dadına da təsir edəcəyini bildirdi.
Əgər siz şirin şərab sevirsinizsə, o zaman klassik musiqinin köməyindən istifadə edə bilərsiniz. Yox əgər kəm şirin şərab sevirsinizsə, o zaman daha hərəkətli musiqi dinləyə bilərsiniz. Daha sərt şərab sevənlərsə, pomp rokun sədaları ilə sevimli içkisini dada bilər.
– “Musiqi daha çox pul xərcləməyimizə səbəb olur”
Ən sevdiyimiz restoranda yemək yeyərkən adətən arxa fonda çalınan musiqiyə çox da önəm vermirik. Lakin mütəxəssislər bildirirlər ki, musiqinin janrı bizim nə qədər pul xərcləyəcəyimizi də müəyyənləşdirə bilər.
Lester Universitetinin professoru Adrian Nors əlimizi cibimizə ən çox salmağa məcbur edən musiqinin klassik musiqi olduğunu bildirir. “Klassik musiqi daha çox zənginliyi və bolluğu çağırışdırır və insana zünü daha havalı hiss etdirir. Bu amillər də getdiyimiz restoranlarda daha çox pul xərcləməyimizə səbəb olur” – deyə bildirib.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət