Slimfit
  1. AZƏRBAYCAN

Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salındı

Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salındı
Sakura

Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb

Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin (MM) plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən üç ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət dörd ildir.

Bildirək ki, Bankın Müşahidə Şurası üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir.

Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əməkhaqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən üç ildən çox olmayan müddətə təyin edilirlər.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət dörd ildir.

İdarə Heyəti üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə görə, Banklarda Müşahidə Şurasının səlahiyyətləri artırılır. Dəyişikliyə görə, komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, Müşahidə Şurası tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1-ci maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək. 

Audit Komitəsinin üzvləri dörd il deyil, üç il müddətinə təyin olunacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR