Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mürəkkəbbalığı (Cuttlefish) haqqında

Mürəkkəbbalığı (Cuttlefish) haqqında
Sakura

Mürəkkəbbalığı (Cuttlefish) haqqında

Mürəkkəbbalığı buğumayaq molyusklardandır. Onu bəzən "dəniz buqələmunu"da adlandırırlar. Bunun səbəbi isə mürəkkəbbalığı molyuskunun dərisinin rəngini tez-tez dəyişə bnilməsidir. Mürəkkəbbalığı molyuskunun dərisi öz rəngini yaşadığı mühitin rənginə uyğun olaraq dəyişdirə bilməsidir. Bu molyuskun 100-ə yaxın müxtəlif növləri var. Ən böyük mürəkkəbbalığı molyuskunun çəkisi 12 kq, uzunluğu isə 50 sm olur. 100 qram mürəkkəbbalığının qida dəyəri:

- Zülallar - 16,5 qr

- Yağlar - 0,6 qr

- Karbohidratlar - 0,6 qr

- Su - 80,6 qr

- Kalori - 79 kKal.

Mürəkkəbbalığı ətində çoxlu miqdarda vitaminlər (A, E, D, B12 və s.), faydalı maddələr, yağ turşuları(omeq3 və omeq6), selen, fosfor, dəmir, sink, yod, orqanizm üçün lazım olan amin turşuları və s. var.

Mürəkkəbbalığı əti orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, iltihab əlamətlərinin aradan qalxmasına səbəb olur. Mürəkkəbbalığı ətinin tərkibində mikroelementlər insan orqanizminə lazım olan mikroelementlərdir. Tərkibində olan kalium mədə-bağırsaq, ürək, arterial təzyiq və metobolizmi nəzarət altında saxlayır. Bu molyusk orqanizmdə olan toksiki maddələrin xaric olunmasını sürətləndirir. Mürəkkəbbalığının tərkibində olan sink piy mübadiləsinin normallaşmasına səbəb olur, saçları və dırnaqları möhkəmləndirir, uzanmasına səbəb olur. Davamlı olaraq mürəkkəbbalığı yemək orqanizmdə fosforun miqdarının normallaşmasına, beyin və ürək-damar sistemi fəaliyyətinin normallaşmasına səbəb olur. Mürəkkəbbalığı əti ilə qidalanmaq immunitetin artmasına, venoz durğunluğun aradan qalxmasına, babasil, qonoreya, qəbizlik, dispepsiya, miqren, ekzema, bronxit, uşaqlıq və düz bağırsaq sallanması zamanı xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Mürəkkəbbalığının daxilində olan boya maddəsi Klimat Xel tərkibə malikdir. O homeopatik preparatdır və ondan sinir sistemi, yumurtalıqların pozğunluğları, miqren, vegetativ damar distoniyası, yuxu pozğunluqları zamanı istifadə edilir.

Kulinariyada tətbiqi

Kulinariyada mürəkkəbbalığından bir çox qidaların hazırlanması zamanı isitfadə edilir. Bu molyusku təzə halda almaq demək olar ki, mümkün deyil. Marketlərdən molyusk alarkən onun dondurulmasına diqqət yetirmək lazımdır. Bu molyusku suyun içərisində hissələrə ayırmaq lazımdır.  Mürəkkəbbalığı suda bişirilərək və ya qızardaraq yeyilir. Bəzi hallarda ondan salatların hazırlanması zamanı da istifadə olunur.

Mürəkkəbbalığının zərərli xüsusiyyətləri

Dəniz məhsullarına qarşı allergiyası olan adamlarda mürəkkəbbalığı allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.

Mənbə: Milli.Az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR