Slimfit
  1. AZƏRBAYCAN

"Münaqişənin həllinin yeganə yolu danışıqlar deyil"

"Münaqişənin həllinin yeganə yolu danışıqlar deyil"
Sakura

"Münaqişənin həllinin yeganə yolu danışıqlar deyil"

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar keçirilən hər bir görüşü müsbət dəyərləndirirəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, münaqişənin həlli variantlarında danışıqlar yolu beynəlxalq ictimaiyyət tərəfindən də müsbət dəyərləndirilir: “Amma münaqişənin həllinin yeganə yolu danışıqlar deyil. Burada hərb variantı da seçə bilərik. Əgər hərb variantına qərar verilsə erməninin daşı-daş üstündə qalmayacaq. Ona görə də nə qədər imkan varsa tərəflər arasında görüşlər intensivləşməlidir və ermənini başa salmalıyıq ki, münaqişənin həllinin yeganə yolu işğaldan əl çəkmək, torpaqlarımızdakı erməni hərbiçiləri çıxarmaq və orada sülh, birgə yaşayışı bərpa etməkdən ibarətdir. Bu mənada XİN-in növbəti görüşü də münaqişənin həlli istiqamətində atılan addımların başlanğıcı ola bilər və tərəflərarası hər bir görüşdən gözləntilərimiz müsbət olmalıdır”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərləri Münhen Təhlükəsizlik Konfransında iştirak edə bilər. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.

“Zoqrab Mnatsakanyan Münhendəki konfransa qatılacaq. Bizdə olan məlumata görə, Elmar Məmmədyarov da həmin konfransda iştirak edəcək. XİN rəhbərləri görüşləri öncədən razılaşdırır. Əgər belə bir razılıq olarsa, məlumat veriləcək”.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR