Slimfit
  1. DÜNYA

Multimilyonçular hansı ölkələrdə yaşayırlar?

Multimilyonçular hansı ölkələrdə yaşayırlar?
Sakura

Multimilyonçular hansı ölkələrdə yaşayırlar?

“Knight Frank” şirkətinin “2018 Sərvət Hesabatı” – da dünyada 50 milyon dollardan çox sərvəti olan multimilyonçuların ölkələr üzrə bölgüsü göstərilmişdir.

Dollar milyonçusu olmaq bir vaxtlar çox böyük bir hadisə sayılırdı. Ancaq inflyasiyanın artması və şəhərlərdəki yüksək həyat standartları ilə birlikdə altı sıfırlı bank hesabına sahib olmaq artıq mühüm bir nailiyyət olaraq görülmür.Hazırda dünyada 16 milyon milyarder var. Bunlardan 4.3 milyonu Amerikada yaşayır. Bu səbəbdən də artıq multimilyonçu anlayışını müəyyən etmək üçün daha fərqli bir meyara ehtiyacımız var.

“Knight Frank” şirkətinin “2018 Sərvət Hesabatı” bu meyarı 50 milyon dollar olaraq müəyyənləşdirib. Aşağıdakı diaqramda dünyada 50 milyon dollardan çox sərvəti olan 129 730 nəfərin ölkələr üzrə bölgüsü göstərilmişdir. Siyahıda qeyd edilən şəxslər dünyadakı dollar milyonçularının ən varlı kəsimini təşkil edir.

Asiyanın yüksəlişi

Sıra

Region

Multimilyonçuların sayı

1 illik artım faizi

1

Şimali Amerika

44 000

+5%

2

Asiya

35 880

+15%

3

Avropa

35 180

+10%

4

Orta Şərq

4 740

+3%

5

Latın Amerikası

4 220

+20%

6

Rusiya və MDB

2 870

+26%

7

Avstraliya

1 650

+9%

8

Afrika

1 190

+7%

 

Cəm

129 730

 

Qrafiklər multimilyonçuları ölkələrə və bölgələrə görə ayırır. Bununla yanaşı 2016 – cı ilin son rübü ilə 2017 – ci ilin eyni dövrü arasındakı dəyişikliyi də göstərir.

Şimali Amerika hələ də ciddi üstünlüyə sahib olsa da, Asiya ona çatmaq üzrədir. Son dövrlərdə Avropanı üstələyən Asiya ultra varlılıq nisbətində bir ildə 15 faizartım göstərib. Latın Amerikası və Rusiya və MDB regionunda müşahidə olunan ciddi artım da diqqət çəkicidir. Bu bölgələrin iqtisadiyyatının digərlərindən aşağı səviyyədə olduğu nəzərə alınarsa, 50 milyon dollardan çox sərvəti olan insan sayının artması regionun zənginləşməsinin deyil, gəlir bölgüsündəki qeyri-bərabərliyin bir sübutu ola bilər.

ABŞ hələ də zirvədədir

Sıra

Ölkə

Multimilyonçuların sayı

Qlobal faiz nisbəti

1

ABŞ

38 500

29.7%

2

Yaponiya

9 960

7.7%

3

Çin

8 800

6.8%

4

Almaniya

8 070

6.2%

5

Kanada

5 500

4.2%

6

Fransa

5 240

4.0%

7

Honkonq (Çin)

5 140

4.0%

8

Birləşmiş Krallıq

4 580

3.5%

9

İsveçrə

3 710

2.9%

10

İtaliya

3 150

2.4%

ABŞ dünyadakı bütün multimilyonçuların 30% - ni özündə ehtiva edir. Çin isə Honkonqu da nəzərə alsaq, 11%-lik göstəriciyə sahibdir. İsveçrənin 8.4 milyon əhalisinin olduğunu düşündükdə, bu siyahıda yer alması böyük nailiyyətdir. Eynilə 36 milyonluq əhalisi olan Kanadanın siyahının 5 – ci pilləsində yer alması da diqqət çəkici faktdır.

2016- 2017 – ci illər ərzində dünya üzrə multimilyonçularının faizində azalma müşahidə edilən üç ölkə isə Türkiyə, Birləşmiş Krallıq və Misirdir.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR