Slimfit
  1. QADINLAR ÜÇÜN

Mükəmməl təmizliyin gizli sirləri

Mükəmməl təmizliyin gizli sirləri
Sakura

Evdar xanımlar müntəzəm olaraq, evdə onların işlərini asanlaşdıracaq bir çox üsullar tapırlar

Evdar xanımlar müntəzəm olaraq, evdə onların işlərini asanlaşdıracaq bir çox üsullar tapırlar. Marketlərdə satılan bahalı kimyəvi təmizləyicilərdənsə, ev şəraitində hazırlanan təmizlik məhsulları daha çox effektivdir. Yazını diqqətlə oxuyun.

Beləliklə, sizə mükəmməl təmizliyin gizli sirlərini təqdim edirik:

 

1. Ev əşyalarında, qazda, sobalarda yaranan ərpləri aradan qaldırmaq üçün

Ərpi yox etmək üçün soda və ya sirkədən istifadə edə bilərsiz. Xüsusilə alma sirkəsi daha çoxdur. Paltaryuyan və qabyuyan maşınların sistemində yaranan ərpi təmizləmək üçün yuyucu toz bölməsinə 2 çay stəkanı alma sirkəsi töküb minimum zamanda işlədin.

 

2. Quru ləkələri təmizləmək üçün

Qurumuş və bərkimiş ərpi təmizləmək üçün soda ilə limon duzunu və ya sirkəni qarışdırmaq kifayətdir. Qarışımı süngər üzərinə töküb qurumuş ləkələri sürtün. Bu qarışıqdan həm də qabyuyan maşında istifadə edə bilərsiniz.

 

3. Kiflənmiş əşyaları təmizləmək üçün

Alma sirkəsi kifdən xilas olmağınıza kömək edə bilər. Maye halında qarışımı kifli yerlərə tökün. Bir az gözləyin və həmin yeri sərt süngərlə silin. Nəticəni gözlərinizlə görəcəksiz.

 

4. Hamam otağında saralmış divarlar

Hamam otağını təmizləməkdən yorulmusuz? Daim su içərisində olan yerdə bu qədər ərp hardandır? Elə isə bir qaba 1 stəkan alma sirkəsi, 1 stəkan qaynar su və çox az təmizləyici maye tökün. Qarışımı köpüklənənə qədər qarışdırın. Duş başlığını həmin maye ilə dolu qaba qoyub 10 dəqiqə gözləyin. Hamamdakı, tualetdəki başqa metal əşyalarınızı da saf alma sirkəsi və süngərlə təmizləyə bilərsiniz.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR