Slimfit
  1. CƏMİYYƏT

Müharibə veteranlarına verilən 80 manat artırılacaq? – AÇIQLAMA

Müharibə veteranlarına verilən 80 manat artırılacaq? – AÇIQLAMA
Sakura

Müharibə veteranlarına verilən 80 manat artırılacaq? – AÇIQLAMA

Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?

Ens.Az-ın məlumatına əsasən,mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:

"Bu müavinətilərin artırılmasına ehtiyac var. Çünki ən son təyin olunan məbləğdən sonra keçən dövr ərzində ölkədə xeyli bahalaşmalar yaranıb. Pul öz dəyərinin itirib. Buna görə də bu məbləğin alıcılıq qabiliyyəti təyin olduğu dövrə görə iki dəfə azdır. Yəni faktiki götürsək, indiki dövrdə ən azı 150 manat təyin olunmalıdır. Çünki artıq 80 manata heçnə almaq mümkün deyil. Həm ərzağın qiyməti, həm nəqliyyatda gediş haqları, həm dərmanların qiyməti artıb. Bu o deməkdir ki, pulun əmtəə dəyəri son iki ildə iki dəfə aşağı düşüb. Buna görə mən hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR