Slimfit
  1. CƏMİYYƏT

Müğənni Emin Ağalarov Bakıda narkoloji bərpa mərkəzi açacaq

Müğənni Emin Ağalarov Bakıda narkoloji bərpa mərkəzi açacaq
Sakura

Müğənni Emin Ağalarov Bakıda narkoloji bərpa mərkəzi açacaq

Bakıda Rusiya Narkoloji Bərpa Mərkəzinin filialı açılacaq.

Report” xəbər verir ki, yeni müəssisə Rusiyanın “Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov tərəfindən Rusiya Milli Əks-Narkotik İttifaqı (RMƏNİ) ilə birgə açılacaq.

“Azərbaycanı çox sevirəm və ona görə vətənimdə bu problemin həllilə məşğul olmaq üçün rusiyalı dostlarımı dəvət etdim. Mən narkotiklərə mübtəla olmadığıma görə, bəxtəvərəm, çünki çalışdığım sahədə narkotikdən uzaq qalmaq nadir şeydir. Dörd övladım var, onları da həmin bəladan qorumağı çox istəyirəm”, – Bakıda Beynəlxalq narkotiklərin istifadəsinə və qanunsuz dövriyyəsinə qarşı mübarizə gününə həsr olunan mətbuat konfransında iştirak edən müğənni bildirib.

E.Ağalarov Bakıda hər il təşkil etdiyi “İsti” layihəsini də RMƏNİ-nin tərəfdaşına çevirmək qərarına gəldiyini bildirib.

RMƏNİ sədri Nikita Luşnikov da 10 ilini narkotiklərə qurban verərək böyük çətinliklə xilas olduğunu, narkomanlara kömək üçün 15 il əvvəl həmin təşkilatı yaratmaq qərarı verdiyini diqqətə çatdırıb.

“Narkomaniya Azərbaycanda da var, sadəcə, Rusiyaya nisbətən bir qədər üstüörtülüdür. Sizin ölkənizdən də uşaqlar bizə müraciət ediblər, uğurlu bərpa dövrü keçiblər. Azərbaycan çox əlverişli ölkədir, sizdən nümunə götürmək olar. Gənclər idmanla məşğul olanda, sağlam həyat sürəndə adama ləzzət verir. Biz Eminlə Azərbaycanda da belə bir mərkəz açmaq qərarına gəldik, həmçinin bir çox başqa beynəlxalq layihələr üzrə də əməkdaşlıq edəcəyik” – N.Luşnikov bildirib.

Qeyd edək ki, Rusiya Milli Əks-Narkotik İttifaqı yalnız ianələr hesabına maliyyələşən qeyri-kommersiya təşkilatıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR