Dərc edildi: Baxış sayı: 1140
Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq - Emin Əmrullayev
“Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var”.
Ens.az Publika.az-a istinadən xəbər verir ki,bu fikirləri təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:
“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət