Dərc edildi: Baxış sayı: 335
Müəllimlərin işə qəbul müsabiqəsində güzəşt ola bilərmi?
17 bölgəni əhatə edən 32 mərkəzdə 20 mindən artıq müəllim işə qəbul müsabiqəsində iştirak edib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, müsabiqədə iştirak etməyən şəxslərə istisna hallarda güzəşt ola bilər:
“Bu məsələdə çox az hallarda güzəşt ola bilər. Hərbçi ailələrinə və digər onlardan asılı olmayan bir səbəbdən müsabiqədə iştirak etməyən namizədlərə güzəşt edilə bilər.
Amma digər bütün hallarda müəllim olmaq istəyən hər bir şəxsin bu müsabiqədə iştirak etməsi daha ədalətli olardı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət