Slimfit
  1. İQTİSADİYYAT

Müəllimlərin 1 stavka üzrə əmək haqqı – Artan maaşlar və verilmə qaydaları

Müəllimlərin 1 stavka üzrə əmək haqqı – Artan maaşlar və verilmə qaydaları
Sakura

Müəllimlərin 1 stavka üzrə əmək haqqı – Artan maaşlar və verilmə qaydaları

Müəllimlərin aylıq əmək haqqı 1 stavka üzrə ali təhsilli üçün 385-495 manat, orta ixtisas təhsilli üçün 352-424 manat təşkil edir. Bununla yanaşı, müəllimlərə sinif rəhbərliyinə, elmi dərəcəyə və digər fərdi göstəricilərə görə əlavələr müəyyən edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənədə görə,“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci ilin martın 1-dən orta hesabla 10% artırılıb.

Bu sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 102 nömrəli qərarı ilə  dövlət ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğləri, vəzifə maaşlarına əlavələrin məbləğləri təsdiq edilib.

Ölkədə fəaliyyət göstərən bəzi təhsil müəssisələrində ( BDU, ADİU, ADNSU, AzMİU və s.) əmək məhsuldarlığını yüksəltmək üçün  professor-müəllim heyətinin əmək haqqının ödənilməsi diferensiyalaşdırılmış şəkildə həyata keçirilir.

Təqvim ilinin sonunda müəllimlərin pedaqoji, elmi, beynəlxalq proqramlar və digər sahələrdəki fəaliyyətinin göstəricilərindən asılı olaraq, onların maaşları fərqləndirilir.

Bu istiqamətdə işin digər ali təhsil müəssisələrində də aparıldığı qeyd olunub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR