Dərc edildi: Baxış sayı: 290
Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb
Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
Xatırladaq ki, üç həftə əvvəl yeni nazir Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyevi də vəzifəsindən kənarlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət