Slimfit
  1. SİYASƏT

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Sakura

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Ens.az-ın məlumatına əsasən,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, plana müvafiq olaraq, cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR