Dərc edildi: Baxış sayı: 501
Mücrüm Kərim - Olmaz
Fürsət əldə ikən yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl güvənmə dövlətinə, malma,
Mala, mülkə, ömrə etibar olmaz.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üstü düyün ola, dağ ola,
Bir kiçik ki, böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Ululu Kərimi axtaran tapar,
Bir könülü yapan Kəbəni yapar.
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri kimsə sənə yar olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət