Dərc edildi: Baxış sayı: 493
Mücrüm Kərim - Oldu
Aman fələk, mürvət fələk, dad fələk,
Bidad fələk, zülmün nümayan oldu.
Gecələr əflakə yetişir naləm,
Günbəgündən halım pərişan oldu.
Hicranm evində qalmışam tənha,
Fələk verdi mənə dərdi-bidəva,
Hücumi-qəm etdi könlümü yəğma,
Hal-əhvalım gör bir nə yaman oldu.
Əzəldən taleyim dönüb idbara,
Əsirü sərgəştə, qaldım avara,
Qan ağla hər zaman Kərim biçara,
Cəfa çəkdim, ciyər dolu qan oldu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət