Dərc edildi: Baxış sayı: 635
Mücrüm Kərim - Gəlmədi
Ey ağalar, könlüm çapdı əylənməz,
Sultanım, sərdarım, ağam gəlmədi.
Dərdi-qəm tapdağı olmuşam həmin,
Göz qaldı yollarda, sonam gəlmədi.
Qülbeyi-hicranda qalmışam həmin,
O şahibazımın çəkərəm qəmin,
Bu dərdlə ölməyim olubdu yəqin,
Üstümə gözləri alam3 gəlmədi.
Həmişə ahü-zar olub əzbərim,
Bilirmi halımı şahi-sərvərim,
Yazıq bu halına, a Mücrim Kərim,
Can çıxınca dedim, halım gəlmədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət