Dərc edildi: Baxış sayı: 545
Mücrüm Kərim - Cahana
Ey gözəllər şahı, şuxi-nazənin,
Yetişibdi hökmün külli-cahana.
Bilirsən nə qədər yaxşı yaraşır,
Zərəfşan kəmərin incə miyana.
Gəlməyib dünyaya sən kimi dilbər,
Gülrəngi ləblərin yaquta bənzər,
Dolanım başına ey pəripeykər,
Zülfünə hər səhər eyləmə şana.
Pərişan tellərin aldı qərarım,
Mayiləm hüsnünə sevgili yarım.
Çeşmi-siyahimsən, laləüz yarım,
Mən heyran olayım sən kimi cana.
Şahbazi-aləmsən, mən səni billəm,
Düşübən torpağa yolunda ölləm,
Danəyi-xalmın qurbanı ollam,
Qəbul elə, sən ey şahi-zamana.
Camalm artıqdı şəmsü-qəmərdən,
Yolunda keçmişəm can ilə sərdən,
Biçarə Kərimi salma nəzərdən,
Əgərçi kafirəm gəldim imana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət