Dərc edildi: Baxış sayı: 537
Mücrüm Kərim - Biri mənəm, biri, yarəb, kim ola
Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, yarəb, kim ola?
Güli-ruxsarına cəkən intizar,
Biri mənəm, biri, yarəb, kim ola?
Ey gözləri cəllad, qaməti mövzun,
Bu qədər bəndəni eyləmə dilxun,
Sərgəşteyi-aləm, halı digərgun,
Biri mənəm, biri, yarəb, kim ola?
Kərimin konlunu eyləmə viran,
Zülümdən usanıb, halına bir yan,
Hicran ələmindən didəsi giryan.
Biri mənəm, biri, yarəb, kim ola?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət