Dərc edildi: Baxış sayı: 567
Mücrüm Kərim - Aşiqin yar istəsə halın pərişan eyləməz
Aşiqin yar istəsə halın pərişan eyləməz,
Aşiqə meyl etməyib xarin fəravan eyləməz.
Yandırıb bimar cismin hər gülün verməz yelə,
Günbəgün halın şikəstə, sinə büryan eyləməz.
Döndərib üz yardən, əğyara qılmaz iltifat,
Hicr əyyammda hərgiz didə giryan eyləməz.
Yara biydad eyləyib, biganə könlün almağa,
Beylə nahaq zülmü heç insana insan eyləməz.
Zülməti-hicrində qaldım ta səhər, gəlməz hənuz,
Könlümü cəm etməyə zülfün pərişan eyləməz.
Çox əcəbdir qəmzə bimarı olan bikəslərə,
Naz ilə cövlan edib şəhdin xuraman eyləməz.
Ey Kərim, incitdi əfğanm qamu aləmləri,
Dəm urarsan eşqidən, aşiqlər əfqan eyləməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət