Slimfit
  1. SİYASƏT

Mübariz Qurbanlı: "Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib"

Mübariz Qurbanlı: "Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib"
Sakura

Mübariz Qurbanlı: "Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib"

"Ermənilərin indiki Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus olan tarixi və mədəni irsi silməkdə, saxtalaşdırmaqda məqsədləri bu ərazilərin azərbaycanlılarla bağlılığını yox etmək və dünya ictimaiyyətinə saxta məlumatlar təqdim etməkdir".

"Report" xəbər ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.

O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilb: "Mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb. Bundan başqa, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb.
Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub".

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə Erməni-qriqoryan Kilsəsinin rəhbərləri tərəfindən bu torpaqlarda qalmaq məqsədilə çoxlu sərmayə ilə yaradılan hərbi istehkamlarla yanaşı, "ideoloji istehkamlar" da darmadağın edilib: "Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sahib olduğu mədəni və dini irsə, o cümlədən Qafqaz Albaniyasına və ümumilikdə xristian dininə məxsus tarixi-dini abidələrə qarşı beynəlxalq normalara uyğun münasibəti bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR