Slimfit
  1. AZƏRBAYCAN

Mübariz Qurbanlı: "Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir"

Mübariz Qurbanlı: "Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir"
Sakura

Mübariz Qurbanlı: "Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir"

"Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: "Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan dövlət kimi dünyaya öz modelini göstərib. Bakı bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir".

M.Qurbanlı xatırladıb ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib: "Onlardan 32-i xristian dini icmlarıdır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlamandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların ölkədə hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterinə, tarixində əksini tapıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR