Slimfit
  1. AZƏRBAYCAN

Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakini: "Artıq evə buraxılmışam"

Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakini: "Artıq evə buraxılmışam"
Sakura

Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakini: "Artıq evə buraxılmışam"

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün Türkiyəyə apardığı Ağdaş sakini Ramin Məmmədov xəstəxanadan evə buraxılıb. Bu barədə Yeniavaz.com-a R.Məmmədovun özü məlumat verib.

Onun üçün hər bir şəraitin yaradıldığını bildirən R. Məmmədov  deyib: "Artıq xəstəxanadan evə buraxılmışam, ancaq gündəlik müalicə üçün xəstəxanaya gedirəm. Dünən göz həkimi də gözümü yoxladı. Şükür Allaha üzümdəki şiş göz damarlarıma təsir etməyib. Arada baş gicəllənmələrim olur, ancaq özümü yaxşı hiss edirəm. Xəstəxanaya gəlib-getmək üçün mənə xüsusi sürücü də veriblər. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm". 

Qeyd edək ki, R.Məmmədovun müalicə aldığı "LIV Hospital"ın cərrah-həkimi Gürsel Turqut Yeniavaz.com-a açıqlamasında bildirmişdi ki, əvvəlcə xəstənin üzündə olan şişin ölçüsünü kiçiltmək üçün 3 seans kimya terapayi tətbiq olunacaq: "Bu proses təxminən 6 həftə davam edəcək. Ardından pasiyent əməliyyat olunacaq. Kimya terapiyadan sonra şişin kiçilmə dərəcəsindən asılı olaraq, böyük və ya kiçik əməliyyat aparılacaq. Hədəfimiz əməliyyatla və sonra pasiyentin belindən və digər nahiyələrindən toxumalar götürərək həmin nahiyəni bərpa etməklə xəstənin ömrünü uzatmaqdır".

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR