Dərc edildi: Baxış sayı: 630
Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb
Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mətbuat Xidmətinin təhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət