Slimfit
  1. MARAQLI

Müasir cihazlar tələbələrin davamiyyətinə mənfi təsir edir

Müasir cihazlar tələbələrin davamiyyətinə mənfi təsir edir
Sakura

Müasir cihazlar tələbələrin davamiyyətinə mənfi təsir edir

Nyu-Cersidə yerləşən Rutgens Universitetinin mütəxəssisləri iddia edirlər ki, smartfon və ya noutbukların mühazirələr zamanı istifadə edilməsi tələbələrin imtahanlardakı yekun qiymətlərini aşağı salır. 
 
İKT.lent.az-ın hightech.fm saytına istinadən məlumatına görə, tədqiqatda psixologiya fakültəsinin 118 tələbəsi iştirak edib.

 

Onları iki qrupa bölüblər. Birinci qrup sərbəst olaraq planşet, noutbuk və smartfonlardan istifadə edə bilib. İkinci qrupa isə hər hansı texnika qadağan edilib. Təhsil prosesi zamanı onların gizli müşahidəsi aparılıb. 
 
Sonuncu imtahanın nəticələrinə əsasən məlum olub ki, birinci qrupdan olan tələbələrin təhsil səviyyəsi 5 faiz aşağı olub. Bundan başqa, onların nəticələri mühazirələr zamanı cihazlardan istifadə etməyən və ya onları ancaq təhsil məqsədi üçün istifadə edənlərdən aşağı olub.
 
Tədqiqatçılar təxmin edir ki, insanlar informasiyanın uzunmüddətli saxlanması üçün smartfonlara etimad etməyə vərdiş ediblər. Ona görə də daha az öyrənirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR