Dərc edildi: Baxış sayı: 482
Azərbaycan istehsalı milli mərmiyə Türkiyənin ASELSAN şirkətinin lazerlə idarəolunan dəsti əlavə edilib
Azərbaycan istehsalı milli mərmiyə Türkiyənin ASELSAN şirkətinin lazerlə idarəolunan dəsti əlavə edilib.
Ordu.az xəbər verir ki, yeni mərminin bu ilin sonlarına qədər Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan keçirilməsi gözlənilir.
Sözügedən əməkdaşlıqla bağlı məlumat verən ASELSAN rəsmisi Erdem Can Özdəmir lazerlə idarəolunan dəstlə əlaqəli çalışmaların ötən il İstanbulda həyata keçirilən 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində qərara alındığını bildirib.
Özdəmir Azərbaycan Müdafiə Sənayesi Nazirliyi nəzdindəki Elmi Araşdırmalar İnstitutunun təkmilləşdirdiyi mərmilərə ASELSAN-ın istehsal etdiyi dəstin inteqrasiyasının uğurla tamamlandığını diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət