Slimfit
  1. ƏDƏBİYYAT

Mövlana Cəlaləddin Rumi - Rübailəri

Mövlana Cəlaləddin Rumi - Rübailəri
Sakura

Mövlana Cəlaləddin Rumi - Rübailəri

Mən məndə deyil, səndə də həm sən, həm mən 
Mən həm məniraəm, həm də sənin, sən də mən 
Bir oylə qərib hala bu gün gəldim ki 
Sən mənmisən, bilmirəm, mənmi sənəm.

Yolumuz, məzhəbimiz üzrə gedən bir kimsə 
Bizi yüz canlı, canın hamısın ağ üzlü göriir.
Bir qədəh şərbət içən olsa bizim məşrəbdən 
Nəşəsindən gecəmiz gözünə gündüz görünür.

Yolumuz uğradı canan ilə gül baxçasına 
Qönçələrdən birinə getdi gözüm istəmədən. 
Üzümə baxdı da canan dedi ki: Eşq olsun!
Gülə baxmaq yaraşarmı yanağım hazır iken.

O pınl-pınl yanan şamdandakı mum deyil 
Bir damlacıq su deyil, torpaq deyil, qum deyil. 
Gəl özünü hirsinin pərdəsində gizləmə 
O səndəki gözəllik oylə bir udum deyil.

Sevgilim bir köşədən özünü göstərmək ilə 
Bu gecə ay nurilə tamam oldu, tamam.
Səcdə fərz oldu Onun ismini təkrar edərək 
Bu gecə badə kimi yuxu haram oldu, haram.

Bir baxışla çalır o, könlünü hər bir görənin 
Verəməzlər Ona, əlbəttə, təbiblər də əlac. 
Görsələr çünki Onun gül üzünü bir kərrə 
O təbiblər də olur başqa təbibə möhtac.

Olduğum yerlərə uğrayammam qorxumdan 
Qısqanarlar sənə aşiqlik edənlər birdən. 
Gecə-gündüz yaşayan könlüm içində sənsən 
Səni görmək dilədikdə baxıram könlümə mən.

Ən möhtəşəm sevda o ki, var görünməz 
Həqiqətdə olan cahan var göriinməz.
Bir əsmək ilə rüzgar toz-torpaq görünür 
Qınlır cümlə budaqlar, rüzgar görünməz.

Yoxluqla qovuş, varlıgı, dünyanı burax 
Vüslətsə yolun axirəti üqbayi burax.
Tanrıysa muradın, düşünüb durma dərin 
Dünyanı unut, maddəyi, mənayi burax.

Məst ikən bir gün vanb ustadıma 
Söylədim: “Varlıq nədir, yoxluq nədir?”
“Boylə der: xalqın əzasından uzaq 
Var və yox insan üçün bir pərdədir”.

Sevgilim təkmil cahandan gizlidir, 
Duyğudan, hər türlü zənndən gizlidir, 
Aşikar könlümdədir bir ay kimi 
Can və tendir, tən və candan gizlidir.

Gizli sirrlərini söyləmədə cahanın 
O yanıq ney, o yanıq ney, yanıq ney 
Ney nedir? O, busəsi gözəl cananın 
Öpdüyü şey, öpdüyü şey, öpdüyü şey.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR