Slimfit
  1. AZƏRBAYCAN

Moskvanın Azərbaycan İcması iftar süfrəsi təşkil edib

Moskvanın Azərbaycan İcması iftar süfrəsi təşkil edib
Sakura

Moskvanın Azərbaycan İcması iftar süfrəsi təşkil edib

Moskvanın Azərbaycan İcması Rusiya paytaxtında iftar süfrəsi təşkil edib.

"Report"un Rusiya bürosunun məlumatına görə, 28 May - Respublika Gününə həsr olunan mərasimdə Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, ilahiyyatçılar və Moskvada fəaliyyət göstərən digər millətlərin təmsilçiləri iştirak ediblər.

Moskvanın Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmiz və dünya üçün əlamətdar hadisə olduğunu bildirən soydaşımız Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb. 

"Əhli Beyt" Cəmiyyətinin sədri Nizami Baloğlanov isə Ramazan ayının fəzilətlərindən danışıb, Vətəni sevməyin imandan olduğunu deyib.

Tədbir Azərbaycan mətbəxinin təamlarından ibarət iftar süfrəsi ilə başa çatıb.

Şamil Tağıyev "Report" yerli bürosuna açıqlamasında Azərbaycan xalqının dininə, dövlətinə və millətinə bağlı olduğunu bildirib: "Azərbaycandan kənarda yaşasaq da, milli adət-ənənələrimizə sadiqik. Azərbaycan bayrağında İslamın təcəssümü olan rəng var. Ona görə də məhz Ramazan ayında bir araya toplaşaraq Respublika Gününü qeyd etdik". 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR