Dərc edildi: Baxış sayı: 268
Moskva vilayətində terror aktı nəticəsində yaralananların sayı 180-ə yüksəlib, 137 nəfər ölüb
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.
Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.
Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət