Dərc edildi: Baxış sayı: 406
Monenin əsəri rekord qiymətə satıldı
Fransalı impressionist rəssam Klod Monenin “Taya” adlı əsəri Nyu-Yorkun “Sotbi” hərrac evində rekord qiymətə - 110,7 milyon dollara satılıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu rəsm sənətkarın həmin silsilədən olan “Quru ot tayası” adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında “Kristiz” hərrac evində 81,4 milyon dollara “çəkic altı”na gəlmişdi.
Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdüdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət