Slimfit
  1. AZƏRBAYCAN

Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub

Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
Sakura

Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Monako Qran Prisi ərəfəsində Formula 1-in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumun builki buraxılışında iştirak edib. 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata görə, “Financial Times” qəzetinin təşkilatçılığı ilə hər il “Monako və bu şəhərin Formula 1-dəki yeri” adı altında keçirilən forum bu il Monako Qran Prisinin 90 illiyi münasibətilə xüsusi mövzuya - “Formula 1-in iqtisadi faydaları”-na həsr olunub. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstək göstərdiyi bu forumda natiq qismində BŞH-nin icraçı direktoru Arif Rəhimov, Fransa Qran Prisinin strateji məsləhətçisi və qlobal səfiri Erik Bulliyer, “Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, UBS şirkətinin sponsorluq və tədbirlər departamentində brend aktivasiyası üzrə qrup rəhbəri Biyorn Vaspi, “Williams” komandasının rəhbər köməkçisi Kler Uilyams və Sky Sports tele-kanalının Formula 1 üzrə rəhbəri Skot Yanq iştirak edib. 

Sayca 3-cü olan builki foruma avtoidman dünyasından 100-ə yaxın ali nümayəndə, o cümlədən Formula 1-də sponsorluq ilə çıxış edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub. 

Forumda çıxış edən A.Rəhimov şəhərin mərkəzi küçələrində keçirilən Azərbaycan Qran Prisinin ölkəyə və xüsusən də paytaxt Bakıya qazandırdığı iqtisadi və sosial faydalardan danışıb, qlobal təqdimat baxımından yarışın yaratdığı geniş imkanlardan söhbət açıb. 

Forum zamanı digər natiqlər Formula 1-in yeni rəhbərliyinin bu idmanın təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən Formula 1 auditoriyasının yeni cağırışları və təqvimə əlavə olunan yeni yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, Bakı Şəhər Halqasının Monakoda baş tutan forumda iştirakı təsadüfü deyil. Əməliyyat şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən Formula 1-in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə indiyədək son 3 il ərzində hər il ardıcıl olaraq Formula 1 yarışlarının ölkəyə faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Formula 1 Qran Pri yarışlarının ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərinin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilib və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunub. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR