Slimfit
  1. AZƏRBAYCAN

Molla kəbininə aludəçiliyin əsası varmı? - İlahiyyatçı

Molla kəbininə aludəçiliyin əsası varmı? - İlahiyyatçı
Sakura

Molla kəbininə aludəçiliyin əsası varmı? - İlahiyyatçı

Rəsmi nikah olmadan kəbin kəsən mollaların məsuliyyətə cəlb edilməsinin tərəfdarı deyiləm. Lakin Qafqaz Müsəlmanları İdarəsi belə halların qarşısını almaq üçün nəzarəti gücləndirməlidir.

Bu sözləri Axar.az-a ilahiyyatçı Rəsul Mirhəşimli Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynovanın İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsi o qədər də geniş vüsət almayıb:

“Ailənin qurulması ilə bağlı rəsmi qərar verən qurumların siyahısı bəllidir. İnsanları marifləndirmək lazımdır ki, yalnız dini kəbin kəsmək ailənin gerçək strukturlar əsasında bir müəssisə olması demək deyil. Ailə rəsmi sənəd olduqdan sonra həqiqi ailəyə çevilir. Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova isə rəsmi nikahı olmayan ailələrin hüquqlarını müdafiə etməyin çətinlik yaratdığı üçün belə təkliflə çıxış edib. Komitə sədrinin də dediyi kimi, QMİ rəsmi nikah olmadan dini kəbin kəsilməsini qadağan edib. Ailə münasibətləri rəsmi qaydada Ailə Məcəlləsi ilə tənzimləndiyi üçün rəsmi nikahın olması vacibdir. Başqa şəkildə ailə modeli hüquqi müstəvidə mövcud olmur. Əslində, kəbin kəsən din xadimlərinin əksəriyyəti rəsmi nikah sənədini tələb edir. Bəzən insanlarımız bir kağızın münasibətlərin tənzimlənməsində mühüm rol oyandığına daha çox aludə olurlar. Dinimizə görə ailə bir kağızın varlığı üzərində qərar tutmur”.

Rəsul Mirhəşimli cənub bölgəsində, xüsusən də Lənkəranda nişanlı cütlüklərin rəsmi nikahdan qabaq kəbin kəsdirməsinin doğru olmadığını bildirib:

“Ailə sevgi ilə qurulan, iki tərəfin qarşılıqlı güvən və etimadı əsasında qərar verilən modeldir. Bir-birini sevən iki gəncin istəyi ilə ailələr nişan mərasimi təşkil edir. Əslində, həmin nişan hər iki gənc arasında münasibətlərin halallıqla davam etməsinin göstəricisi sayıla bilər. Dini kəbinin mənası Allahın və insanların şahidliyi ilə bir ailənin qurulmasıdır. O zaman nişana toplaşan insanlar da Allahın hüzurunda qurulan ailəyə şahidlik edirlər. Allahın rizası və insanların şahidliyi olduqdan sonra insalarımız bir kağıza aludə olub, bu yöndə özlərinə əndişə aşılamasalar, daha yaxşı olar. Çünki ailə qurmaq əqdi gerçəkləşdirməkdir. İki gəncin də bir ömür birlikdə yaşamaq istəyi və buna insanların şahidlik etməsi dini baxımdan ailə olduğunu təsdiqləyir. Yox, əgər ailələr dini kəbinin kağızla təsdiqini mütləq sayırlarsa, o zaman kəbin kəsən din xadimləri də rəsmi nikah sənədi olmadan bu əqdə imzalarını atmasınlar”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsinin vacib olduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR