Dərc edildi: Baxış sayı: 417
Moldovanın yeni baş naziri ilk səfərini Moskvaya edir
Moldovanın yeni Baş naziri İon Kiku bu həftə Moskvaya rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, Kiku bunu jurnalistlərə açıqlamasında söyləyib.
“Bu həftə biz Moskvaya səfər planlaşdırırıq. Bu, tərəflər arasında çoxdan planlşdırılsa da, mənə aid olmayan səbəblər ucbatından keçmiş Baş nazir Maya Sandu tərəfindən təxirə salınmışdı”, – deyə o bildirib.
Qeyd edək ki, bu, Kikunun baş nazir olaraq ilk xarici səfəri olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət