Dərc edildi: Baxış sayı: 830
Modul tipli xəstəxanalar
Azərbaycanda 6 modul tipli xəstəxananın tikintisinə başlanılıb
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə modul tipli xəstəxanaların tikintisinə başlanılıb.
REAL məlumat verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 14,8 milyon manatı ayrılıb.
Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıq olacaq.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, modul tipli xəstəxanalar digər xəstəxanaların yaxınlığında qurulur.
Modul tipli xəstəxanaların əsas üstünlüyü üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət