Slimfit
  1. MARAQLI

Mobil telefonların elektromaqnit şüalanması yeniyetmələrdə yaddaşın inkişafına mənfi təsir göstərə bilər

Mobil telefonların elektromaqnit şüalanması yeniyetmələrdə yaddaşın inkişafına mənfi təsir göstərə bilər
Sakura

Alimlər mobil telefonların şüası ilə yeniyetmələrdə yaddaşın inkişafı arasında əlaqə tapıblar

Mobil telefonların elektromaqnit şüalanması yeniyetmələrdə yaddaşın inkişafına mənfi təsir göstərə bilər. İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun mütəxəssisləri bu qənaətə gəliblər.
 
ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, onlar tərəfindən keçirilmiş tədqiqatda İsveçrənin almandilli və fransızdilli rayonlarından 12-17 yaş aralığında təxminən 700 yeniyetmə iştirak edib. Məqsəd radiotezlik diapazonunun elektromaqnit sahələrinin yaddaşa təsirini öyrənmək olub.
 
Yaradıcı yaddaş üçün beynin sağ yarımkürəsi cavabdehdir, buna görə alimlər bildirirlər ki, elektromaqnit sahələrin yaddaşa mənfi təsiri mobil telefonla danışarkən qurğunu sağ qulağına tutan yeniyetmələrdə xüsusilə nəzərə çarpır. Həmçinin müəyyən edilib ki, simsiz kommunikasiyanın başqa növləri, məsələn, SMS mesajların göndərilməsi, elektron oyunlar və ya internetdən istifadə zamanı elektromaqnit şüası beyinə cüzi təsir göstərir, yaddaşın inkişafını saxlamır.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR