Slimfit
  1. MARAQLI

Mobil qurğulardan tez-tez istifadə vaxtından əvvəl qocalmaya səbəb olur?

Mobil qurğulardan tez-tez istifadə vaxtından əvvəl qocalmaya səbəb olur?
Sakura

Mobil qurğulardan tez-tez istifadə vaxtından əvvəl qocalmaya səbəb olur?

Kompüterlər və mobil qurğuların ekranlarından buraxılan mavi işığın uzunmüddətli təsiri qocalma prosesini sürətləndirə bilər. Mütəxəssislərin fikrincə, mavi işıq gözün torlu qişasının və beynin hüceyrələrini zədələyir.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər “Drosophila melanogaster” adlı meyvə milçəkləri üzərində aparılan sınaqlardan sonra bu nəticəyə gəliblər. Mütəxəssislər milçəklərin işıq diodlarının mavi işığı ilə 12 saat şüalanmaya necə reaksiya verdiklərini müşahidə ediblər. Nəticədə, mavi işığın qocalmanı sürətləndirdiyi məlum olub. Bu proses, hətta gözləri olmayan milçəklərdə də baş verib. Gözün torlu qişasının hüceyrələrinin və beyin neyronlarının zədələnməsi, həmçinin hərəkət fəallığının pozulması qeydə alınıb.

Mütəxəssislər mavi işığı filtrasiya edən və torlu qişanı qoruyan sarı linzalara malik eynəklərdən istifadə etməyi məsləhət görürlər. Həmçinin qeyd edirlər ki, telefonlar, noutbuklar və digər rəqəmsal qurğularda mavi şüanı bloklamaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR